Yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq 30 noyabr tarixindən 1 dekabr tarixinə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi qəsəsəbəsindən “4 yol” deyilən əraziyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
"Azəravtoyol" ASC-dən Oxu.Az-a verilən məlumata görə, sözügedən ərazi üzrə hərəkətin məhdudlaşdırılması qısa müddətə, yəni 1-3 dekabr tarixlərində baş tutacaq. Bu müddət ərzində asfalt örtük döşənən ərazilər boyu hərəkət hissə-hissə bərpa olunacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və bu müddət ərzində alternativ yollardan istifadə etmələri xahiş olunur