Azərbaycanda ailə faciəsi: Oğul anasını səhvən güllələyib öldürdü
Saatlıda oğul anasını güllələyərək öldürüb.
Baku TV xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Kamallı kəndində qeydə alınıb.
Kənd sakini, 29 yaşlı Raciv Qənbərov ehtiyatsızlıqdan anası, 54 yaşlı Tavuz Qənbərovanı ov tüfəngindən açdığı atəşlə güllələyib.
Qadın aldığı güllə yarasından hadisə yerində həyatını itirib. 54 yaşlı qadının meyiti Sabirabad morqunda müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib.
Hadisənin təfərrüatı hüquq-mühafizə orqanları tərəfindən dəqiqləşdirilir.
Bildirilir ki, R.Qənbərov vəhşi heyvana güllə atmaq istəyib, bu zaman ehtiyatsızlıqdan yaxınlıqda olan anası gülləyə tuş gəlib.
Faktla bağlı Saatlı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.