Azərbaycana dəstək yürüşü Türkiyə telekanalında - VİDEO
Azərbaycan və Türkiyə vətəndaşları Ankarada Azərbaycana dəstək yürüşü keçiriblər.
Bununla bağlı videosüjet Türkiyənin “Haber Global” telekanalında yayımlanıb.
Bildirilib ki, yürüşə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də qatılıb.
Yürüşdə “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, vətən bölünməz” kimi şüarlar səsləndirilib.
Qeyd edək ki, iyulun 12-dən Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətində təxribatı cəhd edib. Təxribat cəhdi ordumuz tərəfindən alınıb və düşmən geri otuzdurulub.