“Türkiyə və Azərbaycanın hərbi itifaqı az bir zamanda rəsimləşəcək” – CAHANDAR BAYOĞLU

“Türkiyə və Azərbaycanın hərbi itifaqı az bir zamanda rəsimləşəcək” – CAHANDAR BAYOĞLU










“Şəhidlərimiz azadlığımızın qarantiyasıdır”

12 iyul Ermənistanın Azərbaycan Respublikasına olan hərbi təcavüzü və onun yaratdığı siyasi durumla bağlı müsahibimiz Turan Partiyasının Başqanı Cahandar Bayoğluya aşağadakı suallarımızla müraciət edirik.
- Cahandar bəy, ermənilərin hücumunu nəylə bağlayırsınız?
- “Erməni hücumu” doğru deyim deyil. BuŞ Rusyanın erməni cildində Azərbaycana hərbi təcavüzü kimi daha çox dəyərləndirilməlidi. Hücumun səbəbləri isə çoxdur. Rusya Orta Doğuda ve Livyada mövqelərini itirdikcə qarşısında mövqeyini gücləndirən Türkiyəni gördü. Türkiyənin, FETÖ görüntüsündə dünya qlobalçı güclərinə qalib gəlməsi onun daha da güclənməsi və bağımsız siyasət yürütməsi ilə nəticələndi. Son 4 ildə Azerbaycanla Türkiyə arasında qardaşlıqdan da ötə iqtisadi ilişkilər dərinləşdi. TAP bitmək üzrədir. TANAP gerçəkləşib, artıq Türkiyə Azərbaycan qazını alır. Azərbaycan sərmayəli İzmir şəhəri yaxınlığında tikilən STAR neft ayırma zavodu istifadəyə verilib. Azərbaycan Türkiyəyə 14 milyarda yaxın sərmayə qoyub. İki il ərzində daha 9 milyard sərmayənin qoyulması nəzərdə tutulub. Bu kimi meqaprojelər Türkiyənin iqtisadi azadlığını təmin etdikcə, onun daha bağımsız siyasət yürütməsinə səbəb olub. Bu, həm də Azərbaycanın daha bağımsız olmasına gətirib. Bağımsızlığı güclənən Azərbaycanın iqtisadi hərbi gücünü artırması, daha gəlişmiş texnologiyaları ilə öndə olan dövlətlərlə sazişlər imzalaması, yeni strateji tərəfdaşlarını müəyənləşdirməsi erməniləri və ağaları olan Rusyanı qıcıqlandırmaqdaydı.
Eyni zamanda, son dövrlər rusyaçı bürokratlatın “vurulması” Moskvanı ciddi narahat etməkdəydi. Bu kimi davranışlar Rusyanın Azərbaycan üzərində təsirini azaldır və Azərbaycanın dünyaya intrqrasiyasını gücləndirib, daha da bağımsız edir. Bölgədə mövqeyini itirən, diplomatiyası zorakılıq olan Rusiya hərbi yolla Azərbaycanı cəzalandırmaq istədi.
- Sizcə, Rusiya istəyinə nail ola bildimi?

- Birmənalı deyə bilərəm ki, Rusya artıq uduzmuşdur. Qarşısında dikduruşlu Azərbaycan var. İçdən nə qədər qarışdırmaq istədisə, heç nə edə bilmədi. Türkiyə və Azərbaycan bir-birinə daha sıx sarıldı. Az bir zamanda hərbi itifaqımız rəsimləşəcək. İçimizdə Rusiya üçün Azərbaycanı ayaqlar altına almağa hazır olanlar və qlobalçı güclərin uzantıları yox olmaq həddinə gələcək. Rusiyadan dış asıllığını qıran Azərbaycan, içdən də dayaqlarını itirdimi tək təsir gücü erməni sınırlarından hərbi təcavüz qalacaq.
- Belə olduğu halda, Ermənistan üzərindən Azərbaycana qarşı Rusiyanın hərbi işğalçılığı nə zamana kimi davam edə bilər?
- Rusiyadan asıllığını sıfra yaxınlaşdırdıqdan sonra, Azərbaycanın daha qüdrətli ordusu olacaq ki, bu ordu rus ordusundan daha disiplinli və texnoloji cəhətdən üstün olacaq. Azərbaycan Türkiyə, Pakistan, Ukrayna kimi müttəfiqlərinin dəstəyi ilə Qarabağı hərbi yolla azad etməyə qərar verəcək. Ermənistanın arxasında Rusiya durmaqla bölgədə hərbi qarşıdurma dünya dövlətlərini hərəkətə gətirəcək. Bir çox böyük dövlətlər barış yolu ilə müəyyən status tanımaqla Qarabağda Azərbaycanın oteritəsinin qurulmasını istəyəcək. Amma son söz Azərbaycanın və dünya Türklüyünün olacaq.
-Cahandar bəy, Tovuz bölgəsində olan savaşda generalımız, yüksək rütbəli zabitlərimiz, əskərlərimiz və mülkü insanlarımız şəhid oldu. Sizcə, bəs qazancımız nə oldu?
- Dünyada hər kəs dövlət-millət birliyini gördü. Türkiyə Azərbaycanın özünün milli məsləsi olduğunu bəyanladı. Dünya dövlətləri Azərbaycanın qələbəyə yaxınlaşdığını qəbul etdi. Türk dövlətləri çətin şərtlər daxilində Azərbaycanı seçdi. Dünya Türkləri bir yumruq oldu. Azərbaycan savaşda qalib gələcəyinə inamını bəpa etdi. Dost dövlətlərin kimliyi ortaya çıxdı. Bütün bunlar millətimizin birliyi, şəhidlərimizin şəhadəti ilə oldu. Biz şəhidlərimizin qarşısında baş əyirik. Şəhidlərimiz azadlığımızın qarantiyasıdır./suveren.az/