Avqust ayından sərləşdirilmiş karantin rejimi ləğv olunacaq - RƏSMİ
“Avqust ayından sərtləşdirilmiş karantin rejimi ləğv olunacaq”.
AzBaku.org-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Ş.Mövsümov qeyd edib ki, insanlar işlərinə normal davam edəcəklər:
“Bu səbəbdən də 190 manatlıq birdədəlik ödəmələrin verilməsi davam etdirilməyəcək”.