Azərbaycanda idarəetməni itirən sürücü qəzaya düşərək öldü - VİDEO

Azərbaycanda idarəetməni itirən sürücü qəzaya düşərək öldü - VİDEO












Goranboyda sürücünün ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.
Baku TV xəbər verir ki, ağır qəza Goranboy-Ağcakənd yolunun rayonun Səfikürd kəndindən keçən hissəsində qeydə alınıb.
32 yaşlı Tapdıq Behbudov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə, nəqliyyat vasitəsi yoldan çıxaraq asfalt yolun kənarındakı tut ağacına çırpılıb. Zərbənin gücündən avtomobil yenidən yola düşüb.
Ağır qəza zamanı Tapdıq Behbudov ağır yaralanıb. O, Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Həkimlərin səylərinə baxmayaraq, T.Behbudovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.