ULUSA SESLENİŞ

ULUSA SESLENİŞ












Dəyərli yurtdaşlar, sevgili soydaşlar bu günlər Azərbaycan üçün, Türkiyə üçün, Türk dövlətləri üçün sınaqdan keçdiyimiz tarixi bir dönəmdi. Türkiyə Ağ dəniz sınırlarında, livyada, Ortadoğuda Türk düşmənləri ilə üz üzədi. Türkiyə Rusiya, Yunanıstan, Fransa, Misir, Saud Ərəbləri ilə gərçəkdən bir savaş durumundadı. Azərbaycan Dövləti ermenilərlə sınırda və düşmən güclərin uzantıları ilə içimizdə savaşın yeni bir mərhələsinsədir. Azərbaycan içdən və dışdan Rusiya basqılarından azad olmaq uğrunda ciddi mübarizə içərisindədir. Rusiyada imperiya xəstəliyi baş qaldırmaqdadır. Qonşu dövlətlərə topraq iddiasını dövlət başçısı ağzından səsləndirir. Qazaxıstan və Ukrayna yeni təhditlərlə üz üzədi. Qarabağın azadlığı uğrunda savaşda açıq aşkar qarşımızdadır. Tovuz bölgəsinə erməni-rus birliklərinin son hərbi hücumunun püskürdməsindən sonra, içimizdə qarışıqlıq sala bilməyən düşmən güclər daha da aqressivləşməkdədir. Erməni cildində düşmən güclər dünyada yaşayan Azərbaycan türklərinə qarşı saldırıları güclənməkdədi. ASALA tipli terror çətələrinin dirildilməsinin işartıları görünməkdədir. Əziz soydaşlar, belə həssas bir dövrdə biz Azərbaycan və dünya türklüyündən daha da sıx birlik olmak, düşmən güçlərə qarşı millət dövlət bütünlüğünü qorumaq, dövlətlərimizin daha da yaxınlaşması tələb olunur. Bu günlərdə Türkiyə Azərbaycan dövlətləri sorunlarımızın çözülməsi üçün birgə olmağa qərarlıdır. İstər İqtisadi, istər siyasi sahədə yaxınlığı ilə seçilən iki gardaş dövlət əsgəri alanda da ortaq hərəkət etmək əzmindədir. Biz dünya Türklüyünün bir parçası olaraq iki gardaş, Azərbaycan və Türkiyə dövlətlərinin birgəliyindən, ortaq çalışmalarından qururluyuq. 2016 ilində FETÖ kürəsəlçi çətəyə qalib gələn Türkiyənin daha bağımsız və daha güclü bölgəsəl lider dövlət olması, Azərbaycanla iqtisadi siyasi bağlarını güçləndirməsi, Azərbaycanımızın düşmən güclərin caynağından uzaqlaşmasına təkan olmuşdur. Bu gün Türkiyə və Azərbaycan bir bütün olaraq, dış güçlərə sınırlarımızda, qarşıdurmalar yaradıb bizləri bölməyə çalışanlara içdə qalib gəlməkdədir. Bu gün Türkiyə-Turan ordusu Azərbaycandan dünyaya məsaj verir. Bu gün içimizdə çətələşən fetö tipli yapılanmalar can verir. Bu gün Azərbaycan Bağımsızlığımızın çox sorunlu bir dönəmindən keçir. Bağımsız Azərbaycan və Türkiyənin Qarabağı ermənilərdən, erməni-rus teror çetesindən azad etməyə yaxınlaşmaqdadır. Bu birliyimizin gerçəkləşməsində Ukrayna və Qazaxıstanın bizlərlə olacağı bir gərçəkdir. Bizim də onların yanında olacağımız qaçılmazdır. Bu mücadilə bizləri mərkəzi Asiya Türk dövlətləri ilə bir bütün olmağa aparır. Türk dövlətlərinin birlik olması həm də zorunlu şərt olmaqdadı. Eziz soydaşlar bizlər həm Türkiyədə, həm də Azərbaycanda bizi ayıran, qarşıdurmalara sürükləyən siyasətlərə, dış güclərə qırmızı ışık yandıracağız. Dövlət millət bütünlüğünə Hə deyəcəyiz. İçimizdə olan düşmən güclərin uzantılarını sıfırlayacağız. Onların cəzalanmasında dövlət millət birliyini qoruyacağız. Gözləri qulaqları Moskvada, Kürsəlçi güclərin cibində, Tehranda , İrəvanda olanların gözlərini kör, dillərini lal edəcəyiz. Dış ölkələrdə yaşayan yurtdaşlarımız, soydaşlarımız, sizlər geri çəkilməyəcəksiniz daha da təşkilatlanacaqsınız, dövlət ağlıyla bir olacaqsınız. Dünya Türkləri ilə bir bütün olmaq üçün ortaq təşkilatlanacaqsınız. Dünyanın hər yerində hər an ayağa duranda dünya Türkləri bir can olsun. Azərbaycan və Türkiyə hərbi bloklaşmada Ukrayna və Pakistanla bir olmağa çox yaxındı.
Turan Partiyası olaraq bizlər Türkiyə, Azərbaycan, Pakistan, Ukrayna (TAPU) herbi blokunun yaranmasını doğru görürük. Azərbaycan Türkiyə Andı (ATA) bizləri bölgəsəl birliklərə aparmalıdır ki, bu birliklər Ortadağuya, Akdeniz hövzəsinə, Qaradəniz hövzəsinə, Xəzər hövzəsinə barış gətirə bilsin, bölgəni insan qırğınlarından, terorizmdən, narkotik tranzitindən, qaçqınlıqdan iqtisadi sıxıntılardan, aclıqdan qoruya bilsin. Azərbaycan Türkiyə Andı(ATA) insanlıq simvolü olaraq, Dünya Türklərini bir çatı altında birləşdirə bilsin. İnsanlıq savaşın Kutlu olsun Yücə Türk.
Yaşasın TAPU!
Yaşasın Azərbaycan Türkiyə Andı(ATA)! Yaşasın Türk Dövlətlərinin Birliyi!
Yaşasın Türan!
Cahandar Bayoğlu
Turan Partiyası G.Başqanı
(28/07/2020 tarixdə Ulusa canlı səslənişin yazılı mətni)