Qaradağda itkin düşən 28 yaşlı gəlin tapıldı - Əri ilə bir yerdə yaşamaq istəmir

Bakının Qaradağ rayonunda itkin düşən gəlin tapılıb.

AzBaku.info xəbər verir ki, bu barədə Trend-ə Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən məlumat verilib.

Məlumatda bildirilir ki, noyabrın 28-də Bakının Qaradağ rayonunda qonaq gəldiyi ata evindən çıxan 28 yaşlı Şahnaz Cavadova Balakən rayonuna gedib: "Məlumat daxil olan kimi əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Noyabrın 30-da qadının həyat yoldaşı bizə müraciət edərək bildirdi ki, gəlin başqa bir telefonla ona zəng vurub bildirib ki, o sağdır və Balakən rayonundadır. Gəlin həyat yoldaşına deyib ki, polisdən şəkilləri yığışdırsın. Bildirib ki, öz xoşu ilə Balakən rayonuna gəlib və onunla bir yerdə yaşamaq istəmir. Məlumat daxil olan kimi həmin nömrəyə dəfələrlə zəng vursaq da, telefona cavab verən yoxdur. Hazırda əməliyyat davam edir".

Xatırladaq ki, noyabrın 28-də Qaradağ rayon sakini, 1989-cu il təvəllüdlü Ş.Cavadova Qaradağ rayonunda atasının evindən çıxıb və bir daha geri qayıtmayıb.