Çimərliklərdə 100 minə yaxın insanın istirahəti üçün imkan var - RƏSMİ

Çimərliklərdə 100 minə yaxın insanın istirahəti üçün imkan var - RƏSMİ












“Qadağan olunmuş çimərliklərdən başqa, bütün çimərliklər istifadəyə veriləcək”.

AzBaku.org-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib.

Onun sözlərinə görə, portalın istifadəyə verilməsi müəyyən infrastrukturu olan çimərliklərə giriş-çıxışın tənzimlənməsi ilə əlaqədardır.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev bildirib ki, Bakı və Sumqayıt ərazisində monitorinq olunan çimərliklərdə 100 minə yaxın insanın istirahəti üçün imkan var:

“Bunun üçün hər hansı növbə probleminin olacağı gözlənilmir”.