48 yaşlı kişi yaşadığı evdə intihar etdi
Salyanda 48 yaşlı kişi inthar edib.
Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun Xıdırlı kəndində baş verib.
Belə ki, 1972-ci il təvəllüdlü kənd sakini Çələbiyev Rafiq Oruc oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
R.Çələbiyevin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.