ÜST-dən koronavirus peyvəndi ilə bağlı AÇIQLAMA
172 ölkə beynəlxalq koronavirus peyvəndi üçün COVAX mexanizminə qoşulub.
TASS Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreisusun açıqlamasına istinadla xəbər yayır.
Bildirilir ki, onların məqsədi koronavirus peyvəndləri tapıldığı zaman bütün ölkələri bərabər səviyyədə təmin etməkdir.
Qebreisusun sözlərinə görə, hazırda portfeldə doqquz peyvənd var.
O, qeyd edib ki, ölkələrin qlobal COVAX mexanizmində iştirakı peyvəndlərin qiymətini mümkün qədər aşağı səviyyədə saxlayacaq.