Zibillik, üfunət, baş alıb gedən xəstəliklər: Sakinlərin şikayətinə niyə baxılmır? - VİDEO
Bakının Sabunçu rayonunun sakinləri məişət tullantılarının evlərinin yaxınlığındakı kanala atılmasından şikayət edirlər.
Bu barədə Oxu.Az-a göndərilən müraciətdə qeyd olunub.
Söhbət Ramana qəsəbəsi, Südçülük sovxozu, 137 nömrəli tam orta məktəbin yaxınlığından keçən kanaldan gedir.
Ərazidə yaşayan sakinlər şikayətlərinə baxılmadığını bildirirlər:
“Buradan gündə neçə nəfər işə gedib-gəlir. Kanalizasiya suları birbaşa kanala axıdılır. Üfunətdən nəinki buradan keçmək, heç evdə də oturmaq olmur. Bura xəstəliklərin mənbəyidir. Neçə dəfə şikayət etmişik, gəlib maraqlanan, təmizlik işləri aparan olmur”.