İnquşetiya regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Rəhmətulla Babayevlə - Müsahibə
Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən diaspor quruculuğu, azərbaycançılıq ideyalarının təbliği və milli həmrəyliyin möhkəmləndirilməsi işində çox böyük nailiyyətlər əldə olunub. Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycandan kənarda yaşayan azərbaycanlıların milli-mədəni irsimizə yiyələnmələri üçün, azərbaycanlıların yeganə dövləti olan Azərbaycan Respublikası ilə əlaqələrin təmin edilməsi, Azərbaycan dilinin öyrənilməsi, mədəniyyətin təbliği, Azərbaycanın probleminin həmin ölkələrə çatdırılması, bu ölkələrlə Azərbaycan arasında əlaqələrin güclənməsində diaspor fəaliyyətində bir canlanma müşahidə edilməkdədi.
Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlılar Konqresinin” mətbuat xidmətinin rəhbəri Elçin Şükür Diospora komitəsinin əsasnaməsinə, Konqresin Nizamnaməsinə uyğun olaraq Şimali Qafqaz ərazisində yaşayan azərbaycan əsilli vətəndaşların müəyyən edilməsi, onlarla görüşlərin keçirilməsi, milli-mədəni irsimizin təbliği, ən ağrılı yerimiz olan Dağlıq Qarabağ həqiqətlərinin onlara və digər xalqların nümayəndələrinə çatdırılması və s. istiqamətdə əməli fəaliyyətini davam etdirməkdədir.
Belə, ənənəvi görüşlərdən biri də İnquşetiya Respublikasının Malqabek şəhərində İnquşetiya azərbaycanlıları regional milli-mədəni muxtariyyətinin sədri, Qarabağ müharibəsi qazisi Rəhmətulla Babayevlə olmuşdur. Həmin müsahibədən hazırlanmış yazını Sizlərə təqdim edirik.
Qarabağ müharibəsi qazisi, İnquşütiya azərbaycanlıları regional milli-mədəni muxtariyyətinin sədri Rəhmətulla Babayevi oxucularımaza necə təqdim edək?
-Mən, Babayev Rəhmətulla Ramazan oğlu 01.04.1957-ci il tarixdə Zaqatala rayonunda anadan olmuşam. Hal-hazırda Azərbaycan vətəndaşıyam, özüm yaşamaq hüququ ilə İnquşetiya Respublikasının Malqabek şəhərində yaşayıram.
Xocalı faciəsi baş verdikdən sonra milli ordunun formasını geyinib mənfur düşmənlərimizə qarşı döyüşmək üçün konüllü olaraq döyüş bölgəsinə getdim.1994-cü ilə qədər Zaqatala könüllülər batalyonunun komandiri olmuşam. 08.06. 1993-cü il tarixdə Sahbulaq istiqamətində gedən döyüşlərdə mən ağır yaralandım. Məni ilk öncə Ələt qospitalına gətirdilər. Səhhətdəim ciddi problemlər olduğu üçünməni Sumqayıt hərbi qospitalına göndərdilər. Müalicəm başa çatdıqdan sonra yenə öz batalyonuma qayıtdım. Bir müddət Qərargah rəisi işlədikdən sonra ordudan təxris olundum.
1996-cı ildə Rusiya Federasiyasının İnquşetiya Respublikasına gəlib və burada yaşamaq qərarına gəldim. Böyük Vətən müharibəsi illərində atamın əmisi itkin düşmüşdu. Milyonlarla insanın həyatına son verən bu müharibə zamanı Malqabek şəhərində üç minə yaxın azərbaycanlımız həlak olmuşdur və onları araşdırıram. Araşdırmaların nəticəsi olaraq həlak olan azərbaycanlıların siyahısında atamın əmisinin soy adını tapdım. Bundan sonra İnquşetiya Respublikasının Malqabek şəhərində məskunlaşmağa qərar verdim.
Diaspora təşkilatlarının müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmlə münasibətlərinin inkişafında, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında iştirak etmək imkanına malik ən fəal qüvvəyə çevrilməsi dövlətimizin əsas prioritetlərindəndir. İnquşetiya Respublikasında fəaliyyət göstərən diaspora təşkilatı kimi bu istiqamətdə hansı işləri görmüsünüz?
-1991-ci ildə yaranmış münbit tarixi şəraitdən məharətlə istifadə edən xalqımız öz müstəqilliyini elan etdi. Əsrin əvvələrində olduğu kimi yenə də yeni yaranmış dövlətimiz çox ciddi təhlükələrlə üzbəüz idi. “Böyük Ermənistan” qurmaq ideyası ilə alışıb-yanan ermənilər Dağlıq Qarabağda separatçı hərakat başladaraq, açıq mübarizəyə keçmişdilər.
Xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkə böyük bir fəlakətdən xilas edildi. Azərbaycan müstəqilliyini qoruyub saxlaya bildi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində milli birlik və həmrəyliyin böyük rol oynaya biləcəyini nəzərə alaraq dünyanın müxtəlif ölkələrinə səpələnmiş, bir-biri ilə lazımi əlaqələrə malik olmayan soydaşlarımızın milli dövlətçilik və azərbaycançılıq ideyaları ətrafında cəmləşdirilməsini vacib hesab etdi. Bu, təxminən bir əsrlik fəaliyyət tarixi olan erməni diasporunun bütün dünyada, əsasən də Qərb ölkələrində tarixi saxtalaşdırmaqla məşğul olaraq sülhsevər Azərbaycan dövləti, eləcə də türk dünyası əleyhinə qarayaxma siyasətinə qarşı güclü bir sipər idi.
Ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun sadiq və layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev cənabları da azərbaycan lobbiçiliyinin istiqamətinə təkanverici sərəncamları və qayğısı ilə dünya azərbaycanlılarının birliyinə nail olmuşdur. O, dünya azərbaycanlılarına müraciətində qeyd edib: “Hazırda qarşımızda ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdən vacib vəzifə yoxdur. Bu, bizim ümummilli işimizdir. Məhz bu amil bizi dövlətimizin müdafiə qabiliyyətinin artırılmasına, silahlı qüvvələrin gücləndirilməsinə xüsusi diqqət yetirməyə sövq edir. Biz yenidən qan tökülməsinin, dağıntıların və humanitar faciələrin qaşısının alınması üçün hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışırıq. Lakin Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi dəyişməz qalır: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır... . Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi, hər birimizin düşüncəsinə hakim kəsilməlidir...”
Biz diaspora təşkilatı olaraq burada yasayan Azərbaycanlılarla və mütamadi olaraq görüşlər keciririk. Inquşetiya Respublikasında yaşayan xalqların nümayəndələrinə Azərbaycanda baş verənləri və Qarabağ həqiqətlərini çatdırılması üçün Azərbaycan günləri, Azərbaycan gecələri kimi tədbirlər keçiririk. Bizim təşkilatçılığımızla Malqabek şəhər kitabxanasında Azərbaycan yazıçılarının əsərlərinin təbliği məqsədilə guşə yaradılmışdır. Bundan əlavə tarix muzeyində 1941-1945-ci il müharibəsində həlak olmuş Azərbaycan əsgərlərimizin adları yazilmis baralef yer almışdır. Biz burda xaroqrafiya mərkəzi və bazar günü məktəbi yaratmışıq.
Mən 2011-ci ildə İnquşetiya Respublikasının (eks prezidenti Yevkurovun) yanında milli məsələlər üzrə məşvərət heyyətinin üzvü idim. Bu imkandan istifadə edərək Ondan xahiş etdim ki, Ulu öndərimiz Heydər Əliyevin adına park salınmasında bizə kömək etsin. Bu məsələ ilə əlaqədar bir neçə dəfə Moskva şəhərinə getmişik. Və nəhayət 2013-cü ilin noyabr ayında Heydər Əliyev parkı tikilərək istifadəyə verildi.
Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan diasporası mütəşəkkil qüvvəyə çevrilib. Ermənistanın Azərbaycana təcavüzünün yaratdığı ümummilli ağrı dünyada yaşayan soydaşlarımızı da silkələmiş və ayıltmışdır. Qarabağ və Xocalı soyqrımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətdə görülən işlər barədə nə deyərdiniz?
Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır.[i][/i]
Bilirsiniz ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etməsi, dinc əhaliyə qarşı soyqırımı həyata keçirməsi bu ölkənin Azərbaycana qarşı uzun illər apardığı işğalçılıq və etnik təmizləmə siyasətinin davamı idi. Ümumiyyətlə, Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır. Çünki insanlar etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə xüsusi qəddarlıqla öldürülüb, işgəncələrə məruz qalıblar. Göründüyü kimi, bu soyqırımı erməni vandalizminin bariz nümunəsidir.
Ermənistan dövləti və erməni lobbisi tarixi faktları təhrif edərək dünya ictimaiyyətini aldatmağa, işğalçılıq və etnik təmizləmə siyasətinin nəticələrini ört-basdır etməyə çalışırlar. Amma yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan dövləti tərəfindən həyata keçirilən sistemli və kompleks xarakterli tədbirlər nəticəsində erməni yalanları ifşa olunur, qarayaxma kampaniyası iflasa uğradılır.
İşğal edilmiş torpaqlarda bu gün ermənilər tərəfindən qanunsuz məskunlaşma siyasətinin aparıldığını möhtərəm prezidentimiz İlham Əliyev cənabları bütün beynəlxalq təşkilatlarda qaldıraraq, əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdığı kimi biz də bütün görüşlərimizdə bu istiqamətdə əməli işlər görürük.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaşiqəsi ilə bağlı həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması, təcəvüzkarın ifşası Dövlətimizin xarici siyasətinin əsas prioritetini təşkil etdiyi üçün diaspora təşkilatları olaraq bu istiqamətdə əməli işlər görmək bizim ümdə vəzifəmizdir və vətəndaşlıq borcumuzdur. İctimai mənsubiyyətindən, yaşından və cinsindən asılı olmayaraq hər bir azərbaycanlı Dövlətimizin əsgəridir. Vətənimizin çağırışına hər zaman hazırıq.
-Rəhmətulla müəllim, vaxt ayırıb bizimlə öz fikirlərinizi bölüşdüyünüz üçün Sizə redaksiyamız adından təşəkkürümüzü bildiririk.
-Çox sağ olun.
Elçin ŞÜKÜR,
Şimai Osetiya-Alaniya Respublikası
“Azərbaycanlılar Konqresinin” mətbuat xidmətinin rəhbəri