Çoxsaylı plastik əməliyyatlarla özünü Ancelina Coliyə bənzədən iranlı Sahar Tabar etiraf edib ki, məşhur aktrisaya oxşamaq üçün texnologiya və makiyajdan istifadə edib.
Oxu.Az Scopes nəşrinə istinadən xəbər verir ki, gənc qızın noyabrın 28-də Instagram hesabında yerləşdirdiyi paylaşımda bildirilir ki, onun xarici görünüşü yalnız cərrahi əməliyyatlarıın nəticəsi deyil.
“Salam əziz izləyicilərim. Sizin araşdırdığınız və mənim xoşlamadığım o foto barədə danışmaq istəyirəm. Qeyd edim ki, xarici saytların yazdığı kimi, 50 deyil, daha az əməliyyat keçirmişəm. Onlar elə bil 18-ci əsrdə yaşayırlar. Texnologiya və makiyaj barədə heç nə bilmirlər”, - qızın sözlərini “Scopes” nəşri sitat gətirir.
Bildirilir ki, hazırda paylaşım silinib. Tabar öz Instagram hesabını kənar şəxslər üçün bağlayıb və onun izləyicilərinin sayı 300 mindən 73 minə qədə azalıb