Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə

Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə








Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində fəaliyyət göstərən Füzuli Suvarma Sistemləri İdarəsi “Sevinc-96” MMC ilə maliyyə dəyəri 29 milyon 933 min 995.74 AZN olan müqavilə imzalayıb. Reportyor.info dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, müqaviləyə əsasən şirkət “2021-ci il üçün nəzərdə tutulmuş sair torpaq, tikili və avadanlıqların cari təmiri”ni həyata keçirməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Sevinc-96” MMC 31 iyul 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Şirvan şəhəri, H.Z. Tağıyev küçəsi, ev 45, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yusuf Camal oğlu Haxıyevdir.
20 manatlıq şirkətlə 30 milyonluq müqavilə bağlanması şübhələrə səbəb olduğundan internet üzərində “Sevinc-96” MMC ilə bağlı araşdırma apardıq. Bəlli oldu ki, şirkət əsasən suvarma sistemləri idarəsinin tenderlərinin qalibi olur. Eyni zamanda ayrı-ayrı rayonların yerli qurumları da “Sevinc-96”ya tez-tez üz tutur.
Məsələn, ötən il Salyan Rayon İcra Hakimiyyəti sözügedən MMC ilə 1 milyonluq müqavilə imzalayıb. Müqavilədə abadlaşdırma işləri nəzərdə tutulub.
Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə


Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə
Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə


Mətbuatda yayılan məlumatlara görə, “Sevinc 96” MMC əslində iş adamı Qurban Abbasova məxsusdur. İddia edilir ki, “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, ”Sevinc 96”, “Nigar LTD”, “Halal İnşaat” və “A+B OİL Servis” MMC-lər də adıçəkilən iş adamına məxsusdur. Bu şirkətlərin illik dövriyyəsinin 50 milyon manata yaxın olduğu bildirilir. Məlumatlarda həmçinin qeyd edilir ki, bu şirkətlər vergidən yayınır
dogruxeber.