Rusiyada restoranlara QR kodlu döymələrlə girmək mümkün olacaq - FOTO
Rusiya paytaxtında restoranlara girmək üçün QR kodlu döymələr təklif olunur.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Bildirilir ki, layihənin müəllifləri “Delivery Club” yemək çatdırılma xidməti və “Evernik Tattoo” onlayn mağazasıdır.
Hazırda QR kodların dizaynı üçün altı variant hazırlanıb. İstifadəçilərin hər biri özləri üçün eskiz seçmə imkanına malikdir.
“Layihənin köməyi ilə iaşə müəssisələrinə diqqət çəkmək, peyvəndin əhəmiyyətini xatırlatmaq istəyirik. Müvəqqəti döymələrimizlə mövcud vəziyyəti bir az yumşaltmaq, eyni zamanda QR kodlarının təqdimetmə prosesini müxtəlifləşdirmək və daha maraqlı etmək istəyirik”, - deyə açıqlamada bildirilib.
Tatu təxminən iki həftə qalır.
Xatırladaq ki, 28 iyun tarixindən etibarən Moskvada və Moskva vilayətində restoran və kafelərə yalnız QR kodu ilə daxil olmaq mümkündür. Bu kod ancaq peyvənd olunmuş vətəndaşlara, koronovirus keçirənlərə və PCR testində mənfi cavabı olanlara verilir.