Xəzərin cənub sahilində Səfəvilər dövrünə aid gəmi qalıqları tapılıb

Xəzərin cənub sahilində Səfəvilər dövrünə aid gəmi qalıqları tapılıb
















Xəzərin İran sahilində Səfəvilər dövrünə aid gəmi qalıqları tapılıb.

Bu barədə Gilan vilayətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin rəis müavini Vəli Cahani məlumat verib.

V.Cahaninin verdiyi məlumata görə, gəminin qalıqları əyalətin Astane-ye Əşrəfiyyə bölgəsində, Xəzər dənizində aşkar edilib.

Məlumatda 48 metr uzunluğu olan gəminin sahildən 300 metr aralıda aşkarlandığı bildirilir. Cahani aşkarlanan gəmi qalıqlarının dəqiq tarixinin müəyyən edilməsi üçün laboratoriya araşdırmalarına ehtiyac olduğunu bildirib.

O, bundan əvvəl də eyni bölgədə, Rudsər-Astara arasında daha dörd gəminin qalıqlarının tapıldığını qeyd edib.

Mənbə: “Khabar Online”