Bu ölkə də Ukraynaya “Patriot” verəcək

Almaniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi və “Marder” tipli zirehli döyüş maşınları verəcək.
 
Bu barədə Almaniya hökuməti məlumat yayıb.
 
Bildirilir ki, kansler Olaf Şolts ABŞ prezidenti Co Bayden ilə telefon danışığı aparıb və Ukraynaya yeni hərbi yardım barədə razılıq əldə olunub. 
 
Telefon danışığından sonra yayılan ortaq bəyanatda iki liderin Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi ilə bağlı fikir mübadiləsi apardıqları və Ukraynanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək olduqları bildirilib.
 
Bundan əvvəl ABŞ Ukraynaya "Patriot" sistemləri verəcəyini açıqlayıb.