Florida ştatını təmsil edən konqresmen Mett Gets ABŞ-ın sabiq prezidenti Donald Trampın Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürüb.
Bu barədə amerikalı konqresmen mediaya açıqlamasında bildirib.
“Mən Donald Trampı Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd kimi irəli sürürəm” - o deyib.
Mett Gets Trampın sədrliyi dövründə ABŞ-ın daxili və xarici siyasətində uğurların qazanılacağına əminliyini ifadə edib.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri indiyədək spiker seçə bilməyiblər. Respublikaçılar Partiyasının lideri Kevin Makkarti Nümayəndələr Palatasının spikeri üçün keçirilən seçkilərdə yetərli səs toplaya bilməyib.