Bakının Nərimanov rayonunda mənzildən meyiti tapılanlardan birinin şəxsiyyəti müəyyənləşib.
"Ölkə.az" APA-ya istinadla bildirir ki, kirayə qaldıqları mənzildə dəm qazından boğularaq ölənlərdən biri Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğludur.
"Ölkə.az" APA-ya istinadla bildirir ki, kirayə qaldıqları mənzildə dəm qazından boğularaq ölənlərdən biri Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğludur.
Qeyd edək ki, 19 yaşlı K. Allahverdiyev dekabrın 31-də dostu ilə birgə evdən çıxıb və geri qayıtmayıb.
Kamran Allahverdiyev təhsilə gec başladığı üçün hazırda orta məktəbdə oxuyurdu.
Xatırladaq ki, K. Allahverdiyev paytaxtda yerləşən şadlıq evlərindən birində ofisiant işləyib.
Yaxınlarının verdiyi məlumata görə, onun atası Rusiyada işləyir.
Ailə əvvəl Bakıda yaşayıb, sonra Ukraynaya köçüb.
Buna görə Kamran Allahverdiyev 2 il təhsildən yayınıb.
Azərbaycana qayıdandan sonra qaldığı təhsilinə Sumqayıtda 31 nömrəli tam orta məktəbdə 7-ci sinifdən davam edib.
Qeyd edək ki, 10-cu sinif şagirdi dostu ilə birgə 5 gün idi ki, itkin düşmüşdü.