Neftçalada fəaliyyət göstərən 1 saylı tam orta məktəbdə özbaşınalıq hökm sürür

Təhsil həyatımızı, gələcəyimizi düzgün istiqamətə aparan vacib amildir. Təhsilsiz insan həyatda özünə yer tapa bilməz, heç bir uğur əldə edə bilməz. Ona görə də təhsil gələcəyimizin zəmanətidir. "Təhsilin inkişafı istiqamətində hər kəs çalışmalıdır. Ancaq nə yazıq ki, təhsilimizin başında dayananların bəziləri təhsilimizi irəli deyil, uçuruma apararaq, bərbad günə qoyurlar. Xüsusilə də rayon və kəndlərimizdə təhsilin keyfiyyəti faciəli gündədir. Təhsili uçurumun kənarında olan rayonlarımızdan biri də Neftçala rayonudur.

Neftçala şəhər 1 saylı tam orta məktəbindən Bakunews.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətə görə adı çəkilən məktəbdə özbaşınalıq pik həddədir. Şagirdlərin dərsə davamiyyətindən danışmağa dəyməz. Şagirdlər istədikləri saatda gəlirlər məktəbə. Səbəb də göstərirlər ki, əcəb edirik, heç bir müəllim bizə heç nə deyəmməz. Şagirdlərin dərsə gəlməmələri bir yana, təlim tərbiyələri də yoxdur, məktəb rəhbərliyinə, müəllimlərə hörmət qoymurlar. Müəllimlər cürət edib şagirdlərdən dərs tələb edəmmirlər, sanki qorxurlar. Məktəbdə dərslərin keyfiyyəti də sıfırdı, rüşvət isə öz yerində.Neftçalada fəaliyyət göstərən 1 saylı tam orta məktəbdə özbaşınalıq hökm sürür.

Mənbənin bildirdiyinə görə, sözügedən təhsil müəssisəsinin direktoru Ülviyyə xanım heç kimi saya salmayaraq, özünün yazılmamış qanunlarını tətbiq etməklə, "borusunu ötdürür”.

Özbaşınalığın baş alıb getdiyi bir məktəbdə, özbaşına şagirlərin yetişməsi ölkəmizin gələcəyinə nələr vəd verir? Düşünmək belə dəhşətdir.

Mövzunu gündəmdə saxlayacağıq. Məsələylə bağlı hər qarşı tərəfin fikirləri vacibdir.