Bu gün "Bakı Metropoliteni" QSC-nin "20 Yanvar" stansiyasında təxminən 60 yaşında sərnişin vəfat edib.
Bu barədə qurumun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, vətəndaş halı pisləşdiyi üçün saat 7:45-də qatardan düşürülüb və ona dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Bütün səylərə baxmayaraq, sərnişin dünyasını dəyişib.