BMT baş katibi: Azərbaycanla Ermənistan arasında vasitəçiliyi dəstəkləyirəm

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Cənubi Qafqaz haqqında danışıb.
 
Bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
 
Quterreş Laçın dəhlizindəki situasiyaya da toxunub və tərəfləri gərginliyin azaldılmasına çağırıb.
 
O qeyd edib ki, iki ölkə arasındakı vasitəçilik səylərini dəstəkləyir.