Torbada kişi başı tapıldı - DƏHŞƏTLİ HADİSƏ

Yanvarın 10-da Moskva yaxınlığındakı Kaşira şəhərinin dəmiryol yarımstansiyasında insan qalıqları tapılıb.
Əvvəlcə dolama yolda ayaq, sonra isə əraziyə əlavə baxış keçirdikdən sonra torbada kişi başı aşkar edilib.
Qalıqlar Kaşira dəmir yolu stansiyası yaxınlığındakı mənzildə yaşayan 50 yaşlı Smirnov A.V.-yə məxsusdur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qətlə yetirilən şəxsin mənzilinə baş çəkib və orada Smirnovun cəsədinin digər hissələrini və başqa bir kişinin meyitini aşkar ediblər.