Gəncədə evdə qaz sızmasından partlayış olub, xəsarət alan var.
1988-ci il təvəllüdlü T.Seyidova hamam otağında işığı yandıran zaman qaz sobasında sızma olduğu üçün ani alovlanmadan partlayış baş verib.Nəticədə o, bədəninin müxtəlif nahiyələrində 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.