Ermənistan prezidentindən etiraf: Xankəndi yolu humanitar məqsədlər üçün bağlı deyil


Ermənistan prezidenti Vaaqn Xaçatryan Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunu bağlamaqla onların dediyi kimi Qarabağdakı ermənilərə qarşı humanitar problem yaratmadığını açıq etiraf edib.

Ermənistan prezidenti belə bir bəyanatla Tallində çıxış edib.
2022-ci ilin dekabrın 12-dən Laçın-Xankəndi yolunun bağlandığını deyən Xaçatrayan bildirib ki, bu yoldan hər gün 300-400 avtomobil keçirdi və onlar müxtəlif yüklər daşıyırdı. “Ancaq yol bağlandığı müddət ərzində əsasən humanitar məqsədlər üçün 400 avtomobil keçib”-Xaçatryan deyib.