“Salyan kazarması”nın ərazisi zibil poliqonuna çevrilib - FOTO


Yasamal rayonunda küçə zibil poliqonuna çevrilib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 
Belə ki, Şəfayət Mehdiyev küçəsi “Salyan kazarması” deyilən ərazi zibil poliqonuna çevrilib. 
Hər gün səhər saat 05 radələrində naməlum şəxslər əraziyə müxtəlif tullantılar daşıyırlar.
Ərazidə antisanitar vəziyyət yaranıb, ətrafı üfunət qoxusu bürüyüb.