Bu yaxınlarda açıq ürək əməliyyatı keçirən Əməkdar artist Vahid Əliyev bu gün evə buraxılıb.
Bu barədə sənətçinin oğlu Ramil Əliyev məlumat verib.
Onun sözlərinə görə, aktyorun səhhəti yaxşılaşır: “Müalicəsi evdə davam edəcək. Bildiyiniz kimi, ağır əməliyyat keçirib. Amma artıq səhhətində yavaş-yavaş irəliləyiş hiss olunur”.
Qeyd edək ki, Vahid Əliyev ötən il dekabrın 24-də infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib və bir neçə gün öncə açıq ürək əməliyyatı keçirib.