Dünya şöhrətli aşpaz Şuşada master-klas keçib, hazırladığı milli yeməyə “Şuşalı” adını verib - FOTO
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə dünya şöhrətli aşpaz Tomas Quqler “Qarabağ” hotelində master-klas keçib və milli yemək bişirib.
Aşpaz yeni bişirdiyi yeməyə “Şuşalı” adını verib.
“Mən, əsasən, Azərbaycan xalqından ilham alıram. Məndən soruşanda ki ustad dərsi necə olmalıdır, mən dedim ki, stola, sadəcə olaraq, Azərbaycan biomüxtəlifliyi olan inqrediyentlərdən qoyarsınız, mən gəlib buradakı təbiətdən ilham alıb, özüm bir resept hazırlayacağam.
“Gördüyünüz balıq, toyuğun xırçıldayan hissəsi və Azərbaycan meyvələri - ərik, üzüm, bibər və tərəvəzlərdən ibarət “Şuşalı” adında kreativ yemək hazırladıq. Bu, mənim üçün sadəcə, bir prosesdir. Bu, sadəcə, bişirmə texnikasından ibarətdir. Modern bir texnikadır və bu, normaldır. Mən boşqablarda bir incəsənət əsəri yaradıram. Yeməyin görünüşü və bişirmə texnikası məhsulları qədər vacibdir”, - Tomas Quqler vurğulayıb.