“Azərbaycan” Nəşriyyatı bu gün səhər saatlarında qurumun qarşısında keçirilən etiraz aksiyasına münasibət bildirib.
Məsələ ilə əlaqədar “Azərbaycan” Nəşriyyatının baş direktorun müşaviri Rövşən Şıxlı açıqlamasında bildirib ki, artıq problem aradan qaldırılıb.
Onun sözlərinə görə, "Azərbaycan” Nəşriyyatında yerləşən otaqların istifadəsinə görə ödəniş haqlarının artırılması sonuncu dəfə 2017-ci ilin yanvarında olub:
“Bu tarixdən sonrakı müddət ərzində ölkədə kommunal xidmətlərin tariflərinin, nəşriyyatın binasında və ərazisində aparılan təmir-tikinti işləri üçün tələb olunan mal-materialın, nəşriyyatın fəaliyyətində zəruri hesab edilən digər malların qiymətlərinin artımını nəzərə alaraq, bu ilin yanvarından “Azərbaycan” Nəşriyyatında yerləşən otaqların istifadəsinə görə ödəniş haqlarının artırılması nəzərdə tutulmuşdu.
Lakin nəşriyyatda fəaliyyət göstərən redaksiyaların maddi vəziyyəti nəzərə alınaraq, onlarla görüş keçirildi, təklifləri nəzərə alındı və nəticə etibarilə, otaqların istifadəsinə görə ödəniş haqlarının artırılmasının hələlik KİV-lərin redaksiyalarına şamil olunmaması məqsədəuyğun hesab edildi. Yəni bundan öncə qiymətlər necə idisə, yenə də eynidir”.
Rövşən Şıxlı nəşriyyatdakı şəraitsizlik məsələsinə də münasibət bildirib:
“Bilirsiniz, nəşriyyatın binası böyükdür. Biz də imkan daxilində çalışırıq ki, bu məsələləri yavaş-yavaş aradan qaldıraq. Təbii ki, bu şeylər birdən-birə mümkün deyil”.
***
Bu gün jurnalistlər “Azərbaycan” nəşriyyatının önündə aksiya keçiriblər.
Aksiyaya səbəb icarə haqlarının 50 faizdən çox artırılması ilə bağlıdır. Aksiya zamanı jurnalistlər öz müraciətlərini nəşriyyat rəhbərliyinə çatdırıblar.
Bildirilir ki, müraciətə cavab sabah saat 10-da veriləcək. Məlumata əsasən, jurnalistlər icarə haqları aşağı salınmayacağı təqdirdə aksiyalara davam edəcəklər.
Məsələ ilə bağlı “Azərbaycan” nəşriyyatının rəhbərliyi hələlik heç bir cavab verməyib. (lent.az)