Təkzib qaydalarını pozan KİV-ləri cəza gözləyir


Təkzib qaydalarını pozan KİV-ləri cəza gözləyir 

Media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək cərimələnəcək.
 
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Layihəyə əsasən, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.