İslam Partiyasının sədri azadlığa çıxdı - FOTO


İslam Partiyasının sədri azadlığa çıxdı - FOTO

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov 12 illik həyatından sonra azadlığa çıxıb.

Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov sosial şəbəkədə məlumat yayıb.
 
Xatırladaq ki, məhkəmə M. Səmədov barəsində 2011-ci ildə 12 il müddətinə həbs cəzası kəsmişdi.

Həmçinin partiya sədrinin müavini Vaqif Abdullayev 11 il, partiyanın Astara təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev 10 il, əmisi oğlu Dəyanət Səmədov 10 il, Masallı ruhanisi Fəramiz Abbasov 11 il, Lənkəran ruhanisi Zülfüqar Mikayılzadə 5 ili sınaq müddəti olmaqla 11 il şərti həbs cəzasına məhkum edilmişdi.
Qeyd edək ki, ittiham olunan şəxslər barəsində Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham elan olunmuşdu.