İnternetdə öz bənzərini tapdı, anasını təəccübləndirdi


ABŞ-ın Texas ştatının sakini Şimali Karolinadan olan bənzərini taparaq anasını təəccübləndirib. "Ölkə.az" xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.
Amerikalı Cennifer və Ambra internetdə "Twin Strangers" platformasında tanış olublar.
Bu platforma istifadəçilərə onlara oxşar insanları tapmağa imkan verir. “Bir gün işdən evə gəldim və bu sayt haqqında oxudum. Mən sadəcə parametrlərimi daxil etdim və o, orada idi", - deyə Cennifer bildirib. Həddindən artıq oxşarlıqdan şoka düşən qadınlar Texasda görüşmək qərarına gəliblər.
Ambra deyib ki, bənzəri ilə görüşməzdən əvvəl çox əsəbi olub. “Nəhayət ki, onu görəndə düşündüm ki, “aman Allahım, mənim üzümdə başqa bir adam var”” deyə o bildirib. Cennifer daha sonra Ambranı anası ilə tanış etmək qərarına gəlib ki, onları ayırd edə bilsin. Qızının yeni tanışını görən təəccüblənən qadın onların həqiqətən də çox oxşar olduqlarını təsdiqləyib. Cenniferin anası hətta onların qohum olmadıqlarına əmin olmaq üçün Ambranın şəcərəsini öyrənib.