Bakının Sabunçu rayonunda ailə-məişət zəmnində bıçaqlanma hadisəsi baş verib.
azbaku.org APA-ya istinadla xəbər verir ki, hadisə Yefim Saratov küçəsində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Qasımova Yasəmən Muraz qızı qardaşı tərəfindən əvvəlcə döyülüb.azbaku.org APA-ya istinadla xəbər verir ki, hadisə Yefim Saratov küçəsində baş verib.
Daha sonra o kürək nahiyyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda o, cərrahi əməliyyat edilir.
Qeyd edək ki, Y.Qasımova hamilədir. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.