Serbiyada böyük qızıl yatağı tapıldı



Serbiya ərazisində böyük qızıl yatağı tapılıb.
Bunu Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Neqre deyib.
Onun sözlərinə görə, yataq Jaqubitsa əyalətinin Çoka Rakita rayonunda aşkar olunub.
Bildirilib ki, yataq tərkibində 93%-dən çox olan saf qızıl konsentratının istehsalına imkan verir.
 (report)