r

Ermənistan ərazi iddialarından hələ də əl çəkməyib - AÇIQLAMA


Ermənistan ərazi iddialarından hələ də əl çəkməyib - AÇIQLAMA

Ermənistan xarici işlər nazirinin müsahibə zamanı “Dağlıq Qarabağ hakimiyyəti” kimi ifadələr səsləndirməsi, bu ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə, habelə Praqa və Soçi razılaşmalarına zidd olaraq Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualına cavabında bildirib.
 
Ayxan Hacızadə deyib ki, Azərbaycanın suveren ərazisi olan Laçın yolunun fəaliyyətinə müdaxilə etməsi Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasətini hələ də unutmadığının göstəricisidir. Halbuki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağın bütün dünya tərəfindən Azərbaycan ərazisi kimi tanındığını dəfələrlə bəyan edib.
{sape_links}{sape_article}