Argentinada güclü zəlzələ oldu


Argentinada güclü zəlzələ oldu

Argentinada 6,4 bal gücündə zəlzələ baş verib.

 
Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
 
589 kilometr dərinlikdə baş verən zəlzələnin episentrinin Santyaqo del Estero şəhərindən 116 kilometr şimal-şərqdə olduğu bildirilir.
 
Zəlzələ Çilinin Arika, Parinakota, Tarapaka və Antofaqasta bölgələrində də hiss olunub.
 
Dağıntılar barədə hələlik məlumat verilməyib.