Hirkan Milli Parkının direktoru Azər Mirzəyev prezidentin qərarlarını saymır… VİDEO

Bəzi məmurların və iş adamlarının yaşıllıqlara qarşı sərgilədiyi biganə münasibət ekoloji problemlərin dərinləşməsinə səbəb olub. Son vaxtlar istər Bakıda, istərsə də kənd rayonlarında ağacların kəsilməsi halları artıb. Düzdür, insanların oksigen mənbəyi sayılan ağacları qeyri-qanuni şəkildə kəsən şəxslərə qarşı cəza tədbirləri həyata keçirilir. Buna baxmayaraq, bu sahədəki vəziyyəti hələlik tam qənaətbəxş qiymətləndirmək olmaz. Çünki hələ də bəzi yerli icra hakimiyyəti orqanlarının nümayəndələri yaşıllıq massivlərinin qırılmasına şərait yaradır.

Ağacların kütləvi şəkildə qanunsuz kəsildiyi ərazilərdən biri Hirkan Milli parkıdır.

Qeyd edim ki, bu baş verənlərlə bağlı VİDEO çəkilişi təqdim edirik. Ümid edirik ki, bu materialdan sonra aidiyyəti üzrə səlahiyyət sahibləri HİRKAN MİLLİ PARKINDA yaranmış problemlərlə bağlı ciddi tədbirlər görüləcək.

Video müraciətdə qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Problemin varlığını və eləcədə bütünluklə bu məsələləri diqqətimizdə saxlayacağıq.
realmedia.az