r

DYP-dən polisin təqib etdiyi avtomobilin aşması ilə bağlı açıqlama - VİDEO

Bakıda yol polisi tərəfindən təqib edilən avtomobilin qəzaya düşməsini əks etdirən görüntülər yayılıb.
Görüntülərdən hadisənin Qaradağ rayonunda, Bakı-Ələt yolunun Sahil qəsəbəsi yaxınlığından keçən hissəsində baş verdiyi məlum olub.
“VAZ” markalı avtomobilin sürücüsü yol polisinin “saxla” əmrinə tabe olmayaraq hərəkətə davam edib və maşını yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə sürüb. Bu zaman məntəqə əməkdaşlarından avtomobilini gizlətməsini xahiş edən sürücü DYP maşınının yaxınlaşdığını görərək yenidən sürətlə sürərək uzaqlaşmağa başlayıb. Yağışlı havada təhlükəli manevrlər edən sürücü təxminən 1 dəqiqə sonra isə avtomobili aşırıb. Hadisə avtomobilin video-qeydiyyat cihazı tərəfindən anbaan lentə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev hadisə ilə bağlı açıqlamasında deyib ki, məsələ nəzarətə götürülüb:
“Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək”.
Həmin görüntüləri təqdim edirik:

(qafqazinfo)
{sape_links}{sape_article}