Pensiya artımı gələn aya qaldı


Pensiya artımı gələn aya qaldı

Əmək pensiyasının minimum məbləği artırılır.
 
Bu barədə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
 
Belə ki, 2023-cü il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manat məbləğində müəyyən olunacaq. 
 
Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir.