40 şagird dəm qazından zəhərlənib - FOTO


İranda 40 şagird dəm qazından zəhərlənib - FOTO


İranın Xorasan vilayətinin Quçan şəhərində 40 şagird dəm qazından zəhərlənib. Onlardan 15-nin vəziyyəti ağırdır.
 
Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
 
Bildirilib ki, İran hökumətinin səriştəsiz siyasəti nəticəsində qışın şaxtalı günlərində təhsil ocaqları uşaqların sağlamlığına təhlükə törədəcək vasitələrlə isidilir.
 
Həmçinin vurğulanıb ki, Quçanda baş verən hadisə ölkənin müxtəlif yaşayış bölgələrində hər il davamlı olaraq meydana gəlir.