Ağdamda süd məhsulları istehsal edən müəssisədə yanğın olub




Ağdam rayonunda süd məhsulları istehsal edən müəssisədə yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Ağdam rayonunun Çəmənli kəndində süd məhsullarının istehsalı sexinin ərazisində ümumi sahəsi 45 m² olan talvarın altında hər birinin həcmi 200 litr olan 20 ədəd yağ çənindən 6 ədədi, 1 ədəd plastmasdan ibarət su çəni və 3 ədəd su nasosu yanıb. Yağ çənlərinin qalan hissəsi və talvar yanğından mühafizə olunub.
Yanğın söndürülüb.