“Xocasən”, “Xocəsən”, yoxsa “Xocahəsən”? - AÇIQLAMA (VİDEO)


Son günlər sosial şəbəkələrdə Xocəsən qəsəbəsinin, eləcə də “Bakı Metropoliteni” QSC-nin bu qəsəbədə yerləşən metrostansiyasının adının fərqli şəkildə yazılması müzakirə mövzusuna çevrilib.
Bir sıra rəsmi qurumların yaydığı məlumatlarda Xocəsən qəsəbəsinin adı, “Xocasən” və “Xocahəsən” kimi qeyd olunsada, artıq son sənədlərdə qəsəbənin adı Xocəsən olaraq qeyd edilir.
Dilçilik İnstitutundan mövzu ilə bağlı bildirib ki, toponimlərə xalqın səsləndirdiyi kimi yanaşmaq bu tip yanlışlıqlara səbəb ola bilər.
Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: