Suraxanıda azyaşlını avtomobil vurub
Bakının Suraxanı rayonunda yeddi yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
2016-cı il təvəllüdlü Y.Nəcəfli yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.