"ƏDV yığanlara pis baxıram, adam gərək çürükçülük eləməsin" - Vüqar Babazadə


“Əlavə Dəyər Vergisi (ƏDV) yığan adamlara pis baxıram. Adam gərək çürükçülük eləməsin".
Bu sözləri gənc yazıçı Vüqar Babazadə sosial şəbəkə paylaşımında qeyd edib. O bildirib ki, ƏDV-yə ehtiyacı olanlara hər ay 3 manat göndərməyə hazırdır:
"Təzə tanış olduğum adamlardan soruşduğum ilk sual bu olur: “ƏDV yığırsan?” Əgər yığırsa, ondan dərhal uzaqlaşıram. Salam da vermirəm. ƏDV yığan adamların hamısı bir-birinə oxşayır. Özləri haqqında həmişə yüksək fikirdə olurlar, ən xırda problemi böyüdürlər, həyatda ancaq özlərini fikirləşirlər. İnanmıram ki, Folkner, Selincer, Qorki oxuyan adamlar ƏDV yığsın. Mümkün deyil. Görürsən normal adamdır, amma ƏDV yığır. QR kodu yolda zadda oxudanlar var. Dözə bilmirlər, çeki alan kimi marketin ortasında barkod oxudurlar. Biabırçılıqdır. Vay, vay, vay. Adam nə qədər cılız olar ki, 3-5 köpüyə görə belə əziyyət çəkər? Vallah, eləməyin elə şeylər. Ayda 3 manat qazanacaqsız. Gəlin, allahhaqqı, hər ay mən sizə 3 manat verəcəm. Adam gərək özünə hörmət eləsin”.
V.Babazadənin sözügedən paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.