Keçmiş vitse-prezidentin də evində gizli sənədlər tapıldı


Keçmiş vitse-prezidentin də evində gizli sənədlər tapıldı 

ABŞ-ın sabiq vitse-prezidenti Mayk Pensin evindən gizli sənədlər tapılıb.
 
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Sənədlər keçmiş vitse-prezidentin Indianada yerləşən evində aşkar edilib. Müvafiq sənədlərin artıq Federal Təhqiqatlar Bürosuna verildiyi deyilir.
 
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın indiki lideri Co Bayden və sabiq dövlət başçısı Donald Trampın evində də gizli sənədlər əldə edilib.