Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ərazidə “Ay Ìnşaat” MMC tərəfindən tikinti işlərinin aparıldığı, ağac kəsintisi faktının olmadığı, lakin tikinti ətrafındakı ağacların mühafizəsi ilə bağlı tədbirlərin görülmədiyi müəyyən edilib.
Faktla bağlı MMC barəsində hüquqi şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə göndərilib.