Messi 2022-ci ilin ən yaxşı oyunçusu seçildi


Messi 2022-ci ilin ən yaxşı oyunçusu seçildi
Lionel Messi 2022-ci ilin ən yaxşı futbolçusu seçilib.
Futbolçu “The Guardian” qəzetinin reytinqi üzrə birinci yerdə qərarlaşıb.
PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappe 2022-ci il reytinqində 2-ci, “Real” Madridin futbolçusu Kərim Benzema isə 3-cü yerdədir. 4-cü yerdə Erlinq Holand (“Mançester Siti”), 5-ci yerdə 37 yaşlı Luka Modriç (“Real” Madrid) qərarlaşıb.
İlk onluğa həmçinin Kevin de Brüyne (6-cı yer, “Mançester Siti”), Robert Levandovski (7-ci yer, “Barselona”), Vinisius Junior, Tibo Kurtua (8-ci və 9-cu yerlər, hər ikisi – “Real” Madrid) və Məhəmməd Salah (10-cu yer, “Liverpul”) daxil edilib.
Mənbə: Sports.ru