Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd edib, körpəsi tələf olub.
Hadisə Binəqədidə, Xocəsən qəsəbəsində baş verib.
Belə ki, 2004-cü il təvəllüdlü Fidan Quliyeva (ad-soyad şərtidir) yaşadığı evdə dərman içərək özünü öldürmək istəyib. Ailə üzvləri dərhal onu xəstəxanaya çatdırıblar və qadının həyatını xilas etmək mümkün olub. Hadisə Binəqədidə, Xocəsən qəsəbəsində baş verib.
Məlumata görə, intihara cəhd edərkən F.Quliyeva yeddi aylıq hamilə imiş. Xəstəxanada məlum olub ki, içdiyi dərmanların təsirindən döl ana bətnində tələf olub.
Hazırda faktla bağlı araşdırma aparılır.