Bakıda "Prius" idarəetməni itirərək betona, sonra işıq dirəyinə çırpılıb - FOTO


Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
Şamaxinka kimi tanınan ərazidə “Toyota” markalı avtomobilin sürücüsü Ramin Məmmədov qəfil sükana nəzarəti itirib.
Nəticədə “Toyota” körpünün beton yolayrıcına, daha sonra işıq dirəyinə dəyərək aşıb.
Qəza nəticəsində yol təsərrüfatına ziyan dəyib.
Əraziyə polislər cəlb edilib.
Sürücü R.Məmmədov izahat verib.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.